Mənim toyuma gəlib pul atanın toyuna getməsəm və pul atmasam ona borclu sayılıram?

    21.02.2016
Sual: 
Salam aleykum 1 toyuma gelen adaminbezi sebeblerden men toyuna gede bilmemisemse men ona borclu sayiliram yoxsa ki bu pul hediyye sayilir? Aparib pulu vermek lazimdir yoxsa yox 2 qeyri bayramlarda mecburen hazirladigim yemeklere gore gunah qazaniram qeyd edim ki qaynanaynan qaliram yoxsa ki niyyetimde bayram niyyeti deyildee
Cavab: 

Və aleykum Salam.
1. Bəzi məsələlər yaşadığınız yerə uyğun dəyişir. Belə ki, əslən toya pul atmaq da olar, atmamaq da. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) evlənən bir səhabəyə belə deyir: "Elə isə heç olmasa bir qoyun kəs və ziyafət ver". (əl-Buxari, 5153). Yəni, ziyafət vermək hər bir evlənənin borcudur. Evlənən şəxs kasıbdırsa, onun toyuna pul atmaqla köməklik etmək olar. Lakin, bizim məmləkətdə bir çox insanlar kimin toyuna gedirsə, gələcəkdə o insanın bu şəxsin toyuna gəlib pul atmasını borc kimi qəbul edirlər. Gəlməyib pul atmayanda isə arada ciddi narazılıqlar, küsülülük əmələ gəlir. Belə şeylərin yol verməməsi üçün toya getməsəniz də pul göndərməyiniz daha yaxşı olar.
2. Mümkün qədər çəkinsəniz daha yaxşıdır. Lakin, daha böyük fitnənin qarşısını almaq üçün bunu etmək məcburiyyətindəsiniz. Niyyətinizdə olmadığına görə və məcburən edildiyinizə görə günah qazanmırsınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır". (İbn Məcəh, 2045).

Paylaş: