Yuxuda borclu olduğunu görmək
Sual:
Salam aleykum. Sizə sualım belədir mən həftənin cümə günü evdə özümü narahat hiss edirdim və elə bil yanımda kimsə var idi və mən Allaha yalvardım ki, məni qoru ya Rəbbim və ixlas surəsini oxudum. Mənim təzəcə xalam rəhmətə gedib mən elə bildim ki, onun hənirtisidi, amma mən qorxmurdum nə də həyəcanlanmırdım. Yatdım yuxuda gördüm ki, mən bir adamla dalaşıb uşaqlarımı da götürüb cıxıram və yoldaşımda mennen çıxır və həmin adamın biz çıxandan sonra halı pisləşir və biz bir evə gəlirik . Həmin evin bizə bir kişi tərəfindən verildiyini və ya onun köməkliyi ilə alındığını deyirlər mən həmin insanı görmədim ancaq mənə dedilər ki, bu Zəkəriyyədi və bu adı yadından cıxartma. Mən də yuxuda təkrarladım ki, yadımda qalsın ona olan borcumuzu qaytarmaqdan ötəri və mənim ona olan borcum 60 min dedilər. Bilmirəm bu rus puludu yoxsa Azərbaycan. Çünki mən Rusyada oluram və mən yuxudan ayıldım sonra namazımı qıldım ve bütün gün fikirləşdim, bilmədim nə edim və bacıma zəng edib soruşdum ki, Azərbaycanda Zəkəriyyə adında kimsə var? O, mənə belə bir Peyğəmbərimiz olduğunu dedi. Mənə izah edə bilərsinizmi? Bu nə deməkdi, çünki mən iki ildir ki, namaz qiliram və belə adlı Peyğəmbər olduğunu bilmirdim. Həmin adlı adam mənə sığınacaq verdi bunun mənası nədir, mən borcumu necə qaytarmalıyam və kiməsə borcum olmadığınada əminəm, tezliklə cavabınızı gözləyirəm.
Cavab:
Aleykum salam. Sulanızıa bağlı "Yuxu haqqında" məqaləsini və "Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?" linkini oxuyun