Peyğəmbərlərin olmadığı vaxtlarda Cəbrayıl hansı işləri yerinə yetirir?
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həqiqətən, qul daim Allahın razılığını axtarır. Uca Allah Cəbrailə buyurur: "Filan qulum Məni razı salmaq istəyir. Sözsüz ki, Mən ona rəhm etdim". Cəbrail (aleyhis-sələm): "Allah filankəsə rəhm etdi" - deyir. Ərşi daşıyan və onun ətrafında olanlar, hətta yeddi səma əhli də bunu söyləyirlər. Sonra bu onun üçün yer üzərinə enir". (Əhməd, 21367).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həqiqətən, Allah bir qulu sevdikdə Cəbraili (aleyhis-sələm) çağırıb ona deyir: "Həqiqətən, Mən filan qulumu sevirəm, sən də onu sev!" Cəbrail (aleyhis-sələm) də onu sevir. Sonra o, səmada olanlara üz tutub deyir: "Allah filan qulunu sevir, siz də onu sevin!" Səma əhli də onu sevir. Sonra onun üçün yerdə olanların qəlbinə də məhəbbət hissi dolur. Allah bir qula nifrət etdikdə isə Cəbraili (Allahın ona salamı olsun) çağırıb ona deyir: "Mən filan quluma nifrət edirəm, sən də ona nifrət et!" Cəbrail (aleyhis-sələm) də ona nifrət edir. Sonra o, səma əhlinə üz tutub deyir: "Allah filan quluna nifrət edir, siz də ona nifrət edin!" Onlar da ona nifrət edirlər. Sonra onun üçün yerdə olanların qəlbinə də nifrət hissi dolur". (Muslim, 6873).
Həmçinin, Cəbrail (Allahın ona salamı olsun) hər il qədr gecəsi yerə enir: "O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər". (əl-Qadr, 4). Bizə məlum olmayan məsələlər də var ki, bu işləri Cəbrail yerinə yetirir. Daha ətraflı: Cəbrail kimdir?