Çətin halda namazı birləşdirmək icazəlidirmi?

    21.02.2016
Sual: 
salam aleykum men sorusmaq isteyirem kihele esr girmemis zohru qilanda esr de ona birlesdirib qilmaq olar?zeruret halinda gunorta simeni olnda eve gelende esr namazi cixir ,gedende zohrle esri qilmaq olar?
Cavab: 

Və aleykum Salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatı boyu bir gün heç bir səbəb olmadan namazları birləşdirib qılıb. İbn Abbas (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Allah ın ona və ailəsinəsalavatı və salamı olsun) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsri, Məğriblə İşa namazlarını bir vaxtda qıldı". İbn Abbasdan: "Bunu nə üçün etdi?" - deyə soruşdular. O isə belə cavab verdi: "O, ümmətini çətinliyə salmamaq üçün belə etmişdi". (Muslim, 705). Ona görə ciddi ehtiyac olduqda, adət halına salmadan Zöhr namazı ilə Əsr namazını, Məğrib namazı ilə də İşa namazını birləşdirmək olar. İki namazı birləşdirərkən hər hansı birinin vaxtında qılmaq icazəlidir. Yəni, Zöhrlə Əsri birləşdirisinizsə, Zöhrün girdiyi vaxtdan Əsrin çıxdığı vaxta qədər, Məğriblə İşanı birləşdirirsinizsə, Məğribin girdiyi vaxtdan İşanın çıxdığı vaxta kimi bu namazları birləşdirib qıla bilərsiniz. Yadınızdan çıxmasın ki, yalnız istisna halında namazları vaxtında qılmaq mümkün olmayanda belə etmək olar. 

Paylaş: