Cinlərdən peyğəmbər olubmu?
Sual:
Salam aleykum. ALLAH ilk insanlardan əvvəl cinləri yaratmışdır. Bəs Allah cinlərin arasına peyğəmbərlər göndərməyib? Axı cinlər də Allahın bəndələridir. Onlar da sorğu sual olunacaqlar.
Cavab:
Və aleykum Salam. Cinlər də insanlar kimi etdikləri əməllər barəsində sorğu sual olunacaq, Cənnətə və ya Cəhənnəmə daxil olacaqlar. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56)
Cinlərdən peyğəmbər olub-olmaması haqqında şəriətdə məlumat verilmir. Sonuncu peyğəmbər Muhəmməd (Allahın ona salavatı və salamı olsun) həm insanlara, həm də cinlərə göndərilmişdir. Uca Allah buyurur: "Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik" (əl-Ənbiya, 107). İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində "aləmlər" deyildikdə insanlar və cinlərin nəzərdə tutulduğunu demişdir (İbn Kəsir təfsiri)
Uca Allah həmçinin buyurur: "De: "Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: "Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq." (əl-Cinn, 1-2)