Uşağa hansısa mələyin adını qoymaq olar?

    25.02.2016
Sual: 
Salam aleykum. Uşağa hər handı bir mələyin adını qoymaq olar? Məsələn: Cəbrail və ya Mikail. Rəfail də mələk adıdır?
Cavab: 
Və aleykum Salam. Mələk adlarını uşaqlara qoymaq bəyənilmir. Bunun əvəzinə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə hansı adların daha yaxşı olması barədə buyurur: "Özü­nü­zə peyğəmbərlərin adlarını qoyun. Uca Allahın ən çox sevdiyi ad­lar Ab­dullah (Allahın qulu) və Abdur-Rahməndir (Rahmənin qulu). Adların ən doğrusu Haris (qoruyan, gözətçi) və Həmmam­dır (çalışqan, fəal, yorulmaz, yorulmaq bilməyən). Ən pisi isə Hərb (müharibə) və Murradır (acı)". (​Əbu Dəvud, 4950). Rafael adı cəmiyyətimizə xristian və yəhudilərdən keçib. Lakin, İslamda belə bir mələk haqda məlumat verilmir. Həmçinin oxuyun: Qız uşaqlarına Mələk adı qoymaq olarmı?
Paylaş: