Gülsüm qadın adıdır?

    29.02.2016
Sual: 
Esselamu aleykum və rahmətullahi və bərakətuhu. Bəzi mənbələrdən eşitdiyimə görə Gülsüm adı tək işləndikdə kişi adıdır. Qadın adı kimi Ummu Gülsüm olmalıdır. Zəhmət olmasa, doğrusunu açıqlayardınız. Öncədən təşəkkürlər.
Cavab: 

Və aleykum Salam. Bu ad ümumən qadınlara xas ad olmasa da, qadınlara qoyulub. Gülsüm adının mənası - yanaqların və üzün ətlə dolu olması, yəni toppuş olması deməkdir. Ərəblərdə uşağın adı nədirsə, ana və ya ata o ada uyğun çağırılır. Məsələn; Uşağın adı Abdullahdırsa, ata - Əbu Abdullah (Abdullahın atası), ana isə Ummu Abdullah (Abdullahın anası) deyə çağırılır. Gülsüm adlı uşağın anası Ummu Gülsüm deyə çağırılır. Lakin, xüsusilə qız adı kimi Ummu Gülsüm adından geniş istifadə olunur. Bəzən kişi adı kimi də Gülsüm adından istifadə olunur.

Paylaş: