Zikr etdikdə niyə otuz üç dəfə deyilir?
Sual:
Salam aleykum. Niye gore zikr etdikde 33 defe Subhənallah, 33 defe Əlhəmdullah ve 33 defe de Allahu Əkbər deyirler? Bu reqemlerin menasi və ya hikməti nedir?
Cavab:
Aleykum salam. Dində elə məsələlər vardır ki, onların mənası və hikməti haqqında xəbər verilib. Lakin elə məsələlər də vardır ki, onların mənası və hikməti haqqında heç bir xəbər verilməyib. Sizin sualınız da bu məsələyə aiddir. Bəzi insanlar deyirlər ki, 33 dəfə subhənəllah, 33 dəfə əlhəmdulilləh, 33 dəfə Allahu əkbər demək Allahın 99 adını bildirir. Lakin bu haqda səhih bir məlumat yoxdur.