Evdə tutuquşu və süs balığı saxlamaq olarmı?

    25.02.2016
Sual: 
Esselamu aleykum. Tutuquşu saxlamaq istəyirdim. Ancaq dini mövqeyini bilmədiyimdən çəkinirəm. Bu yöndəki fikirləri bilmək istərdim. Allah elminizdə sabit eyləsin! Amin.
Cavab: 

Və aleykum Salam. Tutuquşu və balıq saxlamaq barədə xüsusi bir qadağa olmadığına görə müəyyən şərtlər daxilində saxlamaq olar. Bu şərtlər ondan ibarətdir ki, saxladığınız tutuquşunu ac və susuz qoymaqla haqqına girməməlisiniz. Heyvanlara əziyyət vermək axirət əzabına səbəb ola bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənə Cəhənnəm göstərildi. Orada İsrail övladlarından pişiyi ölənədək bağlı saxladığı və onun sərbəst dolaşmasına mane olduğu üçün əzaba düçar olunan bir qadın gördüm. Qadın pişiyi bağlı saxladığı müddətdə onu nə yedizdirmiş, nə də içizdirmişdir. Hətta yerdəki həşəratları yeməsinə belə imkan verməmişdir və pişik aclıqdan ölmüşdür". (Səhih əl-Buxari "Ənbiya", 54; Səhih Mislim "Salam", 151).

Paylaş: