Konfeti yastığın altına qoyaraq gələcək nişanlını yuxuda görmək

    05.02.2014
Sual: 
Salam aleykum. Nişanda, toyda, xınada konfet verirlər qızlara. Onları başımızın altına qoyuruq ki, kimisə görsək yuxuda ona qismət oluruq. Bunları etmək günahdırmı? Xahish edirem mene etrafli melumat veresiz.
Cavab: 

Aleykum salam. Toyda, xınada, nişanda konfet götürüb başın altına qoyaraq yuxuda görülən adama qismət olacağına inanmaq günahdır. Çünki, bu əməl fala baxmağın bir növüdür. Fala baxmaq və fala baxdırmaq böyük günahlardan hesab olunur. 

Paylaş: