Tez-tez and içmək barədə qadağa var?
Sual:
As salamu aleykum . Allah elminizə bərəkət versin. Allahdan diləyirəm ki, bizə bilmədiklərimizi öyrətsin və bildiklərimizə əməl etməyi müvəffəq etsin. Amin! Exi sualim budurki tez tez and icmek baresinde qadaga var ? yeni beyenilmeyendir ?
Cavab:
Və aleykum Salam. Çoxlu and içmək yaxşı hal deyir. Çünki, çoxlu and içmək bu andın ucuzlaşmasına səbəbdir. Allaha andda ehtiram göstərmək və Allahı ucaltmaq lazımdır. Müsəlman yalnız doğru olduqda və yalnız ehtiyac olanda and içməlidir. Çoxlu and içmək andlarda səhlənkarlığa gətirib çıxarır. Uca Allah buyurur: "İtaət etmə hər tez-tez and içənə, alçağa" (əl-Qələm, 10). "...Andlarınızı qoruyun!..." (əl-Maidə, 89).