Cənnətə ilk daxil olacaq qadın kimdir?
Sual:
Ilk cennete daxil olacag xanim?
Cavab:
Salam aleykum. Cənnətə ilk daxil olan Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) olacaq. Peyəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Mən Qiyamət günü Cənnət qapısının yanına gəlib onun açılmasını xahiş edəcəyəm. Bu vaxt gözətçi: “Sən kimsən?”– deyə soruşacaq. Mən: “Muhəmmədəm”– deyə cavab verəcəyəm. (Bunu eşidəndə) o deyəcək: “Mənə (bu qapıları) səndən əvvəl heç bir kəsə açmamaq – yalnız sənin üçün açmaq əmr edilmişdir”.(Muslim, 486). Ondan sonra birinci kimin daxil olması bilinmir. Hz. Fatimə (Allah ondan razı olsun) Cənnət qadınlarının ən üstün olan dörd qadından biridir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir” Peyğəmbər salləllahu aleyhi və səlləm buyurdu: “Cənnət qadınlarının ən fəzilətlisi; Xuveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Fironun zövcəsi Muzahimin qızı Asiyadır”. (İmam Əhməd, 2751).