Beytul-Məmur nədir? Deyirlər ki, Mikail adlı mələk nə üçün heç vaxt gülmür?

    02.03.2016
Cavab: 

Salam aleykum. Beytul-Məmur - yeddinci səmada bilavasitə Kəbənin üstündə yerləşən məbəddir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Merac haqda olan uzun bir hədisində belə buyurur: "...Mən Cəbraildən (Ona Allahın salamı olsun) onun barəsində soruşdum. Dedi: "Bu Beytul-Məmurdur. Hər gün onun içində yetmiş min mələk namaz qılır, sonra oradan çıxır və bir daha ora qayıtmır...". (əl-Buxari, 2968). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Cəbrailə (aleyhis-sələm) belə deyir: "Nəyə görə Mikaili heç vaxt gülən görmürəm?" Cəbrail (Allahın ona salamı olsun) buyurdu: "Cəhənnəm yaradılandan bəri Mikail (aleyhis-sələm) heç vaxt gülməmişdir". (İmam Əhməd, 13376).

Teqlər: 
Paylaş: