Allah insanların yollarını azacağını bilirdisə, nə üçün yaratdı?
Sual:
Sheytanin neler edeceyini hevva ile yoldan chixaacagini bilirdi de niye bile bile o cur shey etdi
insanlar uchun o sayede cehennem yarandi beni adem sehv etmese bizde indi cennetde idik bile bile niye ezab verdi bendelerine ezab verecekdise niye yaratdi bizi
Cavab:
Salam aleykum. Uca Allahın insanların yaradılış səbəbini Qurani-Kərimdə bildirir: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56). Uca Allah Öz elmi ilə hər şeyi əhatə etmişdir və kimin hansı əməl edəcəyini bildiyi üçün əvvəlcədən qədəri yazmışdır. Lakin, bu o demək deyil ki, Allah insanları məcbur edir. İnsan ixtiyar sahibi olaraq pisi və yaxşını özü seçir. Uca Allah buyurur: "Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: "Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?" (Ta Ha, 134). Həmçinin oxuyun: Qədəri bəhanə gətirənlərə cavab