Yetkinlik çağına girmədən ölən uşaqların axirətdə aqibətləri necə olacaq?
Sual:
Salam aleykum. On, on beş yashli ushaqlar dunyadan kochse cennete gedermi? Onlarin gunahlari silinermi?
Cavab:
Aleykum salam. Bu məsələ alimlər arasında mübahisəlıdır. Bəzi rəvayətlərə görə valideynləri müsəlman olan körpələr həddi-büluğa çatmadan öncə dünyasını dəyişərlərsə, inşallah cənnətə birbaşa sorğu-sulasız girəcəklər. Həmçinin bundan əlavə, daimi uşaq olaraq qalmaq surətiylə, Uca Allah uşaq sevmək və ya oxşamaq zövqünü valideynlərə verəcəkdir. Ən doğrusunu Uca Allah bilir.