Körpə qızımın ölümündən sonra sakitləşə bilmək üçün nə edim?

    15.03.2016
Kimdən: 
Vəfa
Sual: 
Salam. Mənim təzəlikcə 8 aylıq qızım dünyasını dəyişib. Necə edim nə edimki, ürəyim rahatlıq tapsın ağlayıb özümü öldürməyim. Ümumiyyətlə onunçün nə edə bilərəmki ruhu şad olsun. Bir də onun geyimlərini sağlamağım düzgündü ya yox
Cavab: 
Və aleykum Salam. Allah sizə səbr versin! Siz Allahın qədərinə səbr edərək, Ona üsyan etmədən namaz qılın, xeyirli əməlləri çox edərək Cənnəti qazanmağa çalışın. Cənnətə daxil olacağınız təqdirdə Allahın izni ilə həmin körpəyə qovuşacaqsınız. Bu cavabları oxuyun: 
Ölmüş körpə üçün ağlamaq
Səbir edənləri müjdələ!
Həmin körpənin paltarlarını saxlamaqda heç bir günah yoxdur. Amma hər dəfə onları gördükdə sizə pis təsir edirsə, ehtiyacı olanlara sədəqə verməyiniz daha yaxşıdır.
Teqlər: 
Paylaş: