Sevdiyimlə ayrılsam da vicdan əzabı çəkirəm...

    20.03.2016
Kimdən: 
Anonim
Sual: 
əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu.İslama yeni-yeni gəldiyim zamanlarda evlənmək niyyəti ilə bir qızı sevirdim.Sonradan isə sizin və qardaşların sayəsində naməhrələ danışmağın günah olduğunu və dinimizin buyurduğu kimi bir ailənin necə qurulmalı olduğunu və Allah Rəsulunun (sallallahu aleyhi və səlləmin) evlənməklə bağlı nəsihətlərini oxudum.Dini məsələlərə görə həmin xanımdan ayrıldım.Lakin uzun zaman keçməsinə baxmayaraq internetdə tez-tez qarşıma çıxan ‎"İstediğin kadar inançlıyım de namaz kıl, sadaka ver. Umut verip, güven aşılayıp da yarıyolda bıraktığın insanın gönül sadakasını her iki dünyada da veremezsin" bu məsələ qul haqqı kimi məni narahat edir.CezekAllahu xayran.
Cavab: 
Və aleykum Salam və rahmətullahi və bərakətu. Naməhrəmlərlə danışmaq, təklikdə qalmaq və s. dinimizə görə haramdır. Lakin, bu sevdiyiniz qızdan ayrılmağa səbəb deyildir, çünki, şəriətin icazə verdiyi şəkildə görüşüb söhbət etmək olar. Evlənmək qərarına gəldikdə isə elçi göndərə bilərsiniz. Lakin, müəyyən səbəblərə görə hər iki tərəfin razılığı ilə ayrılmısınızsa, buna görə özünüzə mənəvi əziyyət verməməlisiniz. Daha ətraflı: 
Sevgililərin görüşməsi haqqında
Qul haqqı barədə
Paylaş: