Nə üçün Allah bəzi haqsızlıqların baş verməsinə icazə verir?

    22.03.2016
Sual: 
Salam.menim beynimden cixmayan bir sual var.buqeder usaq ezab eziyyetle olur,,yada qadinlarimiz kisiler terefinden doyulur..bes neye gore Allah buna icaze verir?
Cavab: 
Və aleykum Salam. Uca Allah dünyanı insanları sınağa çəkərək əməllərinin müqabilində Cənnətə və ya Cəhənnəmə daxil etmək üçün yaratmışdır. "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır". (əl-Mulk, 2). Kim zülm edirsə, başqasını öldürürsə, burada olmasa da, Axirətdə dəhşətli əzab çəkəcək. Uca Allah buyurur: "O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8).
"O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır...". (Ali İmran, 30). 

"...Sizin bəzi­lə­rinizi digərlərinizlə sınaq­dan keçirtdik ki, görək səbir edə bilə­cək­sinizmi?..". (əl-Furqan, 20).
"Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).

Həmçinin oxuyun:
Qul haqqı barədə
Dualarım qəbul olmur deyə ümidim kəsilib, yaşamaqdan bezmişəm
"Allah sevdiyi bəndələrini həmişə sınağa cəkir" sözü doğrudur?
Paylaş: