Başqası məni zorla öpdüyü üçün günah qazanırammı?

    22.03.2016
Sual: 
Salamun aleykum. Çox utanaraq soruşuram bu sualı. Allahın əffinə sığınıram. Hazırlıq yoldaşım zorla öpüb məni. Ama mənim həqiqətən xəbərim yox idi belə birşey olacağından. O vaxtlar Namaz qılmırdım. Sonralar qılmağa başladım. Günahı nədir bunun. ?
Cavab: 
Və aleykum Salam. Əgər sizin xəbəriniz olmadan qəflətən bu hadisə baş veribsə, siz günah daşımırsınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Günah bu əməli qəsdlə edənindir. Lakin, gələcəkdə belə bir şeyin təkrarlanmaması üçün çalışın ki, yalnız qızlar olan hazırlıq qruplarına gedəsiniz.
Paylaş: