Şəri hakim kimi kimə müraciət etmək olar?

    31.03.2016
Sual: 
Salam.Bilmek isteyerdim Bakida sheri hakim kimi kime muraciet ede bilerem.Ozum shieyem mutleqdirmiki hakimde eyni mezhebden olsun?
Cavab: 
Və aleykum Salam. Bakıda İslam hədlərini yerinə yetirmək üçün şəri hakim yoxdur. Lakin, siz dini yaxşı bilənlərdən məsləhət ala bilərsiniz. Bu insandan Allahın və Onun Elçisinin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qoyduğu qaydaları öyrənə bilərsiniz. Özünüz şiə və ya sünni olsanız da, dini biliklər bir cürdür. Çünki, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə müsəlmanlar məzhəblərə parçalanmamışdı. Ona görə də müraciət etdiyiniz insan Quran və Sünnəyə əsaslanmalıdır. Həmçinin oxuyun: Hansı məzhəbə inanaq?
Paylaş: