Namazda dörd şeydən sığınma duasının tərcüməsini yaza bilərsiniz?
Sual:
Namzada dörd şeydən sığınaraq “Allahummə inni əuzu bikə min əzəbi cəhənnəm və min əzəbil-qabri və min fitnətil-məhyə vəlməməti və min fitnətil-məsihid-dəccəl” NƏ DEMƏKDİR TƏRCÜMƏSİ?
Cavab:
Salam aleykum. Duanın tərcüməsi belədir: Allahım! Cəhənnəm əzabından, Qəbr əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!