Əsnəyəndə ağzın içinə şeytan girir?

    09.02.2014
Sual: 
salam. aleykum deyirler esneyende agzin icne seytan girir ve hasqiranda cixir bu duzdurmu?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Al­lah (Öz qulları­nın) asqırmağını sevir, əsnəməyini isə xoşlamır. (Müsəl­man kimsə) asqırıb Allaha həmd etsə, ona: “Yərhəmukəllah”– demək, bunu eşidən hər bir müsəl­mana va­cibdir. Əsnəmək isə şeytandan­dır. İnsan bacardığı qədər onun qarşısını al­ma­lıdır. Adam: “Haaah”– etdiyi za­man şeytan ona gülər.” (əl-Buxari, 6223). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Qoy, siz­­dən biriniz əsnədiyi zaman əlini ağzına tutsun. Yoxsa şeytan onun ağzına girə bilər". (əl-Buxari "Ədəbul-Mufrad" 949). Əsnəməyin qabağını almaq üçün adam bacardığı qədər buna mane olmalıdır. Aktiv həyat yaşamalı, ibadətləri və zikrləri vaxtlı-vaxtında etməli, imkan daxi­lində çoxlu Quran oxumalı, dünyəvi işlər ilə məşğul olmalıdır. Çünki, əsnəmək əsasən tənbəllikdən irəli gəlir. Əgər adamı əsnəmək tutarsa, onda çalışıb ağzını açma­malı və əgər bunu bacarmazsa, onda heç olmasa əli ilə ağzını tutmalıdır. Əsnədikdə əli ağıza qoymağın faydası budur ki, əvvəla, bu hərəkət şeytanın adamın ağzına girməsinə mane olur. İkincisi, şeytandan başqa zərərli hər nə varsa, həşəratların və s. də həmçinin, adamın ağzına düşməsinin qabağını alır. Nəhayət, adam belə et­mək­lə İslam ədəbini nümayiş etdirmiş olur. 

Teqlər: 
Paylaş: