Evdə şəkillərin və heyvan oyuncaqlarının olması duanın qəbul olmamasına səbə ola bilərmi?

    22.03.2016
Kimdən: 
ANAR
Sual: 
salam evde dua ederken otaqda wekil ve heyvan oyuncaqlari varsa duanin savabin azaltmaq ve duaya manecilik yaradirmi
Cavab: 

Və aleykum Salam. Evdə şəkillərin və heyvan oyuncaqlarının olması duanın qəbul olmasına maneçilik törədən şərtlərdən deyildir. Bu şərtlər haqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: “Ey Rəbbim! Ey Rəbbim” deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?” (Muslim, 1686). Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?
Evdə heykəl suvenirləri olmaq günahdır?

Teqlər: 
Paylaş: