Saç əkdirmək olarmı?
Sual:
Salam Aleykum. Saç əktirmək harmdırmı?
Cavab:
Və aleykum Salam. Əgər başın müəyyən yeri tökülübsə və bu hal psixoloji gərginliyə səbəb olursa, bu halda şəriətə görə saç əkdirmək qadağan deyildir. Rəvayət edilir ki, cahiliyyət dövründə bir döyüşdə burnu qopan Arfəcə adlı səhabə (Allah ondan razı olsun) gümüşdən burun düzəltdirmişdi. Çürüyərək pis qoxu verdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona qızıldan burun düzəltdirməyi tövsiyə etmişdi. (ət-Tirmizi, 1770; Əbu Davud, 4232).