Darvin nəzəriyyəsi nə haqdadır?

    28.11.2013

Bu nəzəriyyənin tərəfdarları həyatın yaranmasını izah etmək istəmişlər və onların görüşləri insanlar arasında geniş yayılmışdır. Bu nəzəriyyəni həqiqət kimi qəbul edən bir çox təmiz niyyətli insanlar onun geniş yayılmasına böyük təkan vermişlər. Habelə öz maraqlarına xidmət etdiyinə görə onu pis niyyətlə yayanlar da olmuşdur. Bu nəzəriyyə insanın yaradılışını vəsf edən dini təlimləri inkar edir və onun sayəsində din əleyhdarları öz mövqelərini elmi metodlarla əsaslandıraraq insanları zəlalətə sürükləməyə çalışırlar. Bu nəzəriyyə nə haqdadır? Darvinin nəzəriyyəsinə əsasən bütün canlılar sudan əmələ gələn ibtidai orqanizmlərdən yaranmışlar. Onlar ətraf mühitdəki amillərin təsiri ilə dəyişərək yeni xüsusiyyətləri irsən qazanır. Milyon illər ötüb keçdikdə ətraf mühitin təsiri ilə qazanılan primitiv xüsusiyyətlərin toplusu ibtidai orqanizmlərin daha çox inkişaf edən həyat formalarına çevrilməsinə imkan verən çoxlu sayda mürəkkəb xüsusiyyətlərin yaranmasına gətirib çıxartdı. Bu təkamül insanın yaranmasına qədər davam etmişdir. Bu nəzəriyyənin əsasları 1. Bu nəzəriyyə Darvinin zamanında aparılan arxeoloji qazıntıların nəticələrinə söykənir. Aşkar olunmuşdur ki, ibtidai həyat formalarının qalıqları yerin daha dərin qatlarında, daha çox inkişaf etmiş orqanizmlərin qalıqları isə yuxarı qatlarda yerləşir. Darvin hesab edirdi ki, çox inkişaf edən heyvanlar erkən dövrün ibtidai heyvanlarının təkamülü nəticəsində meydana gəlmişdir. 2. Həmçinin, bu nəzəriyyə Darvinin zamanında məşhur olan inkişafın erkən mərhələrində heyvanların embrionlarının oxşarlığını əsas gətirir. Elə təsəvvür yaradılırdı ki, bütün canlı varlıqların ümumi yaradılışı vardır və eyni görünüşə malik olan müxtəlif heyvanların embrionları bətnlərdə inkişaf edərək görünüşlərini dəyişdikləri kimi bütün canlılar da yer kürəsində beləcə təkamül etmişlər. 3. Həmçinin, bu nəzəriyyə insanda kor bağırsağın qurdabənzər çıxıntısının mövcud olmasını əsas gətirir. Kor bağırsaq heyvanlarda bitki qidalarının həzminə yardım edir, lakin insan orqanizmində heç bir funksiya daşımır. Elə təsəvvür yaradılırdı ki, meymunların orqanizmində öz funksiyalarını yerinə yetirən kor bağırsaq bu heyvanlardan qalan və insanda inkişaf etməyən rudimentdir (bədəndə inkişaf etməmiş ibtidai orqan). Bu nəzəriyyənin yalan olmasının sübutu Arxeologiya dəqiq elm hesab olunmur və heç vaxt, heç kəs dağların və dənizlərin altı daxil olmaqla yerin bütün təbəqələrində qazıntı aparmamışdır. Belə ki, əgər arxeoloji qazıntıların doğru olduğunu fərz etsək, yerin daha dərin qatlarında ibtidai həyat formalarının qalıqlarının aşkar edilməsi ali orqanizmlərin ibtidai orqanizmlərdən yaranmasını yenə də sübut etmir. Bu ancaq ona dəlalət edir ki, ibtidai həyat formaları ali həyat formalarından qabaq mövcud olmuşdur. Əgər Darvinin zamanında aparılan qazıntılar insanın yaranmasının 600 min illik tarixə malik olduğunu göstərirdisə, arxeologiya sahəsində müasir kəşflərə əsasən insanın yaranma tarixi 10 milyon ilə bərabərdir. Məgər bu kəşf arxeoloji tədqiqatların nəticələrinin dəyişkən olduğunu, bütünlüklə onlara arxalanmağın əsassız olduğunu və gələcəkdə bizim gözlədiyimizin tam əksinə ola biləcək yeni kəşflərin meydana gəlməsini təsdiq etmirmi? Klayd Klakxonun “Man in the Mirror” (Aynadakı insan) adlı kitabını şərh edərkən doktor Mustafa Şakir Səlim yazır ki, neondertalın beyni müasir insanın beynindən daha böyükdür və onun kəllə sümüyü iridir. Bundan əlavə paleontoloqların quraşdırmaq istədikləri təkamül zənciri qırılır və orada “çatışmayan bəndlər” vardır. Doktor Həlim Atiyyə Suriyal “Təsaddu məzhəb Darvin vəl-isbət əl-ilmi li-aqidə əl-xalq” (Darvin nəzəriyyəsinin və yaradılış haqqında təlimin elmi əsaslarının süqutu) adlı kitabında yazmışdır: 1. Təkamül zəncirində çatışmayan bəndlər təkcə insanla ibtidai həyat formaları arasında deyil, həmçinin, təkhüceyrəli və çoxhüceyrəli orqanizmlər, mollyusk və buğumayaqlılar arasında, onurğasızlarla balıqlar və ikihəyatlılar arasında, ikihəyatlılarla sürünənlər və quşlar arasında, sürünənlərlə insanaoxşarlılar arasında da mövcuddur. Mən onları geoloji dövrlərdə yaranma ardıcıllığı ilə qeyd etdim. 2. Bu nəzəriyyənin heyvanların embrionlarının oxşarlığını əsas tutması bəzi alimlərin böyük səhvidir. Bunun səbəbi odur ki, həmin dövrdə müxtəlif növlərin embrionlarının quruluşu və inkişafı arasındakı fərqləri görməyə imkan verən nəhəng mikroskoplar olmamışdır. Bundan başqa embrionların rəsmlərini tutuşduran alman alimi Ernst Qekkel saxtakarlığa yol vermişdir. Alim-embrioloqlar onu tənqid etdikdə o, tamamlanmadığına görə əldə etdiyi rəsmlərin arasında oxşarlığa nail olmaq üçün səkkiz faiz rəsmlərə düzəliş verdiyini etiraf etmişdir. 3. İnsanda kor bağırsağın qurdabənzər çıxıntısı da, həmçinin, insanla meymun arasındakı oxşarlığı sübut etmir. Elmi kəşflər gündən günə yenilənərəq artır, lakin elm erkək fillərdə və insanlarda məməciklərin mövcud olduğunu, erkək təkdırnaqlı heyvanlarda isə olmadığını izah edə bilmir. Əgər hermofroditizm ibtidai orqanizmlər üçün, cinsiyyətli yolla çoxalma isə ali orqanizmlər üçün xarakterik xüsusiyyətdirsə və əgər məməciklər dişilərə xasdırsa, Darvinin insanın sadə orqanizmlərdən təkamül nəticəsində yaranması düzdürsə, onda nəyə görə hermofroditizmin əlamətləri insanda qorunaraq qalmış, az inkişaf edən heyvanlarda isə yox olmuşdur.

Paylaş: