Ailə qurmağın günah olması fikri doğrudurmu?
Salam aleykum. İslamda ailə qurmaq günah yox, əksinə həm vacib, həm də savabdır. Uca Allah buyurur: "Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır". (ən-Nisə, 3); "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah lütfü ilə Genişdir, Biləndir!" (ən-Nur, 32).
Peyğəmbər (Allahın ona və ailsinə salavatı və salamı olsun) buyurmuşdur: "Ey cavanlar, kim evlənə bilirsə evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyar. Kim evlənə bilmirsə oruc tutsun. Həqiqətən oruc tutmaq onun çarəsidir". (əl-Buxari, 5066).