Əbədilik nə deməkdir?

    03.04.2016
Kimdən: 
Malik
Sual: 
Ebedilik be demekdir
Cavab: 

Salam aleykum. Əbədi sözünün mənası - heç vaxt ölməyən, bitməyən, qurtarmayan deməkdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Qiya­mət gü­nü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək. Sonra carçı: “Ey Cən­nət əhli!”– deyə çağıracaq. Cən­nət əhli baş­la­rını qaldırıb ona tərəf ba­xa­caq­lar. Carçı: “Bunu tanı­yırsınızmı?”– deyə soru­şacaq. On­lar: “Bəli, bu ölüm­dür!”– deyə cavab verəcək­lər. Çünki onların hamısı ölümü görmüşlər. Sonra carçı: “Ey Cəhənnəm əhli!”– deyə səsləyəcək. Cəhənnəm əhli baş­larını qal­dırıb ona tərəf baxacaqlar. Carçı: “Bunu tanıyırsınızmı?”– deyə so­ru­şa­caq. Onlar: “Bəli, bu ölüm­dür!”– deyə cavab verə­cəklər. Çünki onların ha­mı­sı ölümü görmüş­lər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra on­la­ra deyilə­cək: “Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyə­cək­si­niz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşa­yacaq və heç vaxt ölmə­yə­cək­si­niz!” (Səhih əl-Buxari, 4730).

Teqlər: 
Paylaş: