Salavat necə deyilməlidir?

    07.02.2014
Sual: 
As salam aleykum.Salavati bele demirlermi?-''Allahumme selli ale Muhemmedin ve ale eli Muhemmed''yoxsa belemi deyilmelidir?-''sallallahu aleyhi ve sellem''.Bes ''sallallahu aleyhi ve sellem''in menasi nedir?''Allahin Ona salami ve salavati olsun''mu demekdir?
Cavab: 

Aleykum salam. Peyğəmbərə göndərilən salavatın bir neçə deyiliş formaları vardır: Salləllahu aleyhi və səlləm, Allahummə salli və səllim alə nəbiyyinə Muhəmməd, Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd və digər deyiliş şəkilləri. Salavatın ən üstünü isə İbrahim salavatı deyilən salavat formasıdır: "Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə salleytə alə İbrahimə və alə ali İbrahim, innəkə Həmidun Məcid, və bərik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə bəraktə alə İbrahimə və alə ali İbrahim, innəkə Həmidun Məcid".
Salləllahu aleyhi və səlləm - mənası ona Allahın salavatı və salamı olsun deməkdir. Bu deyiliş formalarından göründüyü kimi formalar fərqli olsa da mənaları eynidir. 

Paylaş: