Yoldaşımın valideynlərindən ayrı yaşamaq istəməyim düzgündürmü?
Sual:
salam.zehmet olmasa sualima cvb verin.yoldasimin valideynlerinnen uzaq yasamaq istemeyim ve onun ucun dua elemem gunahmi?
Cavab:
Və aleykum Salam. Şəriətə görə qadının kişi üzərində olan haqlarından biri də ondan ayrıca yaşayış yeri tələb edə bilməsidir. Amma kişinin maddi imkanı buna yol vermirsə, qadın mümkün olmayan şeyi istəməməlidir.
Uca Allah buyurur: "Onlara (gözləmə müddətləri başa çatanadək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin...". (ət-Talaq, 6). Alimlər bu ayənin təfsirində demişlər ki, əgər boşanmış qadını (gözləmə müddətində) evlə təmin etmək vacibdirsə, nigahlı zövcə buna daha layiqdir. Uca Allah həmçinin buyurur: "... Onlarla (zövcələrinizlə) xoş rəftar edin...". (ən-Nisə, 19). Burada xoş davranmağa zövcəni yaşayış yeri ilə təmin etmək də daxildir, çünki onun yad insanların gözlərindən gizlənmək, evdə istədiyi kimi geyinmək, davranmaq və əri ilə ailə həyatını istədiyi kimi yaşamaq hüququ var. Ayrıca yaşayış yeri deyildikdə, başqalarının istədikləri vaxt açıb girə bilmədikləri kilidli qapısı, ayrıca hamam və ayaqyolu olan ev, mənzil və ya evin içərisində bu şeylərlə təmin olunmuş ayrıca otaq nəzərdə tutulur.
Siz ayrıca evdə yaşamağı sizə nəsib etməsi üçün Allaha dua edə bilərsiniz, burada heç bir günah yoxdur.