əl-Bəqərə surəsinin fəziləti
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir gün Cəbrail Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanında oturduğu zaman Peyğəmbər yuxarıdan qapı səsinə oxşar bir səs eşitdi və başını qaldırdı. Cəbrail dedi: “Bu, səmada olan bir qapıdır. O bu gün açıldı. Bundan əvvəl heç vaxt açılmayıb, yalnız bu gün açıldı. Bu zaman oradan bir mələk endi. Cəbrail dedi: “Bu yer üzünə enən bir mələkdir. Bu günə qədər yer üzünə heç enməmişdir”. Mələk salam verdi və dedi: “Sənə bəxş edilən iki nur ilə sənə müjdə olsun! Bu iki nur səndən əvvəl heç bir peyğəmbərə verilməmişdir. Bu, “əl-Fatihə” surəsi və “əl-Bəqərə” surəsinin son ayələridir. Onlardan oxuyacağın hər bir hərfə görə sənə mükafat veriləcəkdir”. (Muslim, 1913).
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Quran oxuyun! Həqiqətən, Quran Qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcək. “Zəhraveyni” (iki gül) yəni “əl-Bəqərə” və “Ali İmran” surələrini oxuyun! Həqiqətən, bu iki surə Qiyamət günü iki bulud və ya iki kölgə, və ya göydə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib oxucularını qoruyacaqdır. “əl-Bəqərə” surəsini oxuyun! Həqiqətən, onu oxumaq bərəkət, onu tərk etmək isə peşmançılıqdır. Sehrbazların ona gücü çatmaz”. (Muslim, 1337).
Başqa hədisdə buyurur: “Evlərinizdə “əl-Bəqərə” surəsini oxuyun! Şübhəsiz ki, şeytan “əl-Bəqərə” surəsi oxunan evə daxil olmaz”. (əl-Hakim, 2062).

Kürsü ayəsinin fəziləti
Ayətul-Kursi (Kürsü ayəsi) əl-Bəqərə surəsinin 255-ci ayəsidir. Bu ayə Qurani-Kərimin ən əzəmətli ayəsidir. Muhəmməd ibn Ubeyy ibn Kəb atasından rəvayət edir ki, atasının xurma anbarı var idi. Bu anbardan xurma azalırdı. Bir gecə o, anbarın keşiyində durarkən yetkinlik yaşına çatmış oğlana bənzər bir heyvan gördü. Ubeyy ibn Kəb salam verdi, o da salamı aldı. Ubeyy ibn Kəb soruşdu: “Sən cinsən, yoxsa insan?” O dedi: “Mən cinəm”. Ubeyy ibn Kəb dedi: “Əlini mənə uzat!” O, əlini uzatdıqda əlinin it əli, tükünün də it tükü olduğunu gördü. Cin dedi: “Bu, cinlərin xilqətidir. Cinlər aralarında məndən daha qüvvətli kişi olmadığını bilirlər”. Ubeyy ibn Kəb dedi: “Səni bura gətirən nədir?” Cin dedi: “Bizə xəbər çatıb ki, sən sədəqə verməyi xoşlayırsan, biz də azuqənə zərər vermək üçün gəldik”. Ubeyy ibn Kəb dedi: “Bizi sizdən nə qoruyar?” Cin dedi: “əl-Bəqərə” surəsində olan bu ayə - “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (əl-Bəqərə, 255). Kim onu axşam oxuyarsa, səhər açılanadək bizdən qorunar. Kim də onu səhər oxuyarsa, axşamadək bizdən qorunar”. Səhər açıldıqda o, Peyğəmbərin yanına gəlib olanları ona danışdı. Peyğəmbər buyurdu: “Xəbis doğru söylədi”. (ət-Tabərani “Mucəmul-Kəbir” 541).
Həmçinin, Ubeyy ibn Kəb rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Ey Əbu Munzir! Allahın Kitabından əzbərlədiyin hansı ayənin daha əzəmətli olduğunu bilirsən?” Mən: “Allah və Onun Elçisi daha yaxşı bilir!”- deyə cavab verdim. O belə buyurdu: “Ey Əbu Munzir! Allahın Kitabından əzbərlədiyin hansı ayənin daha əzəmətli olduğunu bilirsən?” Mən: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (əl-Bəqərə, 255) - deyə cavab verdim. Peyğəmbər sinəmə vuraraq dedi: “Allaha and olsun ki, elm sənə uğurlu oldu, ey Əbu Munzir!” (Muslim, 1921).
Digər hədisdə belə buyurur: “Kim hər fərz namazından sonra “Kürsü” ayəsini (əl-Bəqərə, 255) oxuyarsa, Cənnətlə onun arasında yalnız ölüm durar”. (ən-Nəsai, 9928). Yəni, həmin insan vəfat edərsə, bu ayənin səbəbilə Qiyamət günü Cənnətə daxil olar.

əl-Bəqərə surəsinin son ayələrinin fəziləti
Numan ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Həqiqətən, Allah göyləri və yeri yaratmamışdan iki min il əvvəl bir kitab yazmışdır. Allah ondan iki ayə nazil edərək bunlarla “əl-Bəqərə” surəsini xətm etmişdir. Bu ayələr üç gecə evdə oxunmazsa, şeytan həmin evə yaxınlaşar”. (ət-Tirmizi, 2882).
Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: “Allah Elçisini (ona Allahın salavatı və salamı olsun) minbərin üzərində ikən belə buyurduğunu eşitdim: “əl-Bəqərə” surəsinin axırıncı bu iki ayəsini oxuyun! Həqiqətən, Uca Rəbbim onları mənə Ərşin altından vermişdir”. (İmam Əhməd, 17481).
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Mənə Ərşin altındakı xəzinədən “əl-Bəqərə” surəsinin son (iki ayəsi) verildi. Bunlar məndən qabaq heç bir peyğəmbərə verilməmişdir”. (İmam Əhməd, 21604).
Əbu Məsud əl-Bədri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Hər kim gecə “əl-Bəqərə” surəsinin son iki ayəsini oxuyarsa, bu, ona kifayət edər”. (əl-Buxari, 4008).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) uzun bir hədisin sonunda buyurur: “Möminlər bu ayəni (Bəqərə, 286) oxuduqda, hər dəfə: “Ey Rəbbimiz!...”- deyə dua edib Allaha xitab etdikdə, O: “İstədiyinizi sizə verdim!”- deyə cavab verir”. (Muslim, 125, 344).