Cadu haqqında
Aleykum salam. Cadu olunduqda murdarlamaq olmaz. Cadu olunduqda insanlar cadunun açılması üçün cadugərlərə müraciət edir və cadugərlər onların murdarlanmağını tələb edirlər. Bununla onlar insana yenidən cadu edərək şeytanların onun bədəninə asanlıqla daxil olmasını istəyirlər. Ona görə də şəriətimiz bu cür fırıldaqçı şarlatanlara müraciət etməyi qadağan edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçının və ya kahinin yanına gedər və onun dediklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni (yəni Quranı) inkar edıb küfr etmişdir". (ət-Tirmizi "Təharət", 102).
Cadu olunduqda nə cadunun özünü, nə də cadu olunmuş insanı murdarlamaq olmaz. Cadu tapılıbsa, cadunu yandırmaq, cadu olunmuş insana isə Quran ayələrini oxuyaraq ruqyə etmək lazımdır.