Hamilə qadının övladı haqqında niyyət etməsi

    12.02.2014
Sual: 
Salam aleykum. Mən hamilə ikən qardaşım əsgər gedəcəkdi, niyəsə mənə eləbir hiss gəldiki ona nə isə olacag...mən əlimi qarnıma qoyub dua etdimki, əgər qardaşımın başında hansısa bəla varsa körpəmə gəlsin, bu gün qardaşım əsgər getdi, sabah qızım dünyaya gəldi, yəni əslində vaxtı deyildi, uşag 10 gündən sonra rəhmətə getdi, mən özümü bağışlaya bilmirəm. Vicdan əzabı cəkirəm. Çünki mən səhv dua etmişdim, mən övladımdan qurban dedim. Sizcə Allah mənim bu duama görəmi məni cəzalandırdı? hər duam qəbul olmazkən elə bu duammı qəbul olundu?
Cavab: 
Və aleykum Salam. Vicdan əzabı çəkməyin. Övladınızın ölməsi əvvəlcədən onun üçün müəyyən edilmiş qədərdir. Uca Allah buyurur: "Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş bir yazıdır. (Ali-İmran, 145). Daha  ətraflı: Ölmüş körpə üçün ağlamaq

 

Teqlər: 
Paylaş: