Ölmüş körpəm yuxuma girə bilərmi?

    12.02.2014
Sual: 
Salam aleykum. Mənim iyul ayinda qızım dünyasını dəyişib. Səkkiz günlük idi. Mən hal hazırda istirahət etmək üçün bir az başım sakitləşsin deyə başqa ölkəyə gəlmişəm. Mən hardasa üç gün bundan öncə yuxuda gördüm ki, bur qız uşağı hardasa beş yada altı yaşında, mənə tərəf gəlir. Hiss elədim ki, bu qız mənim qızımdı. Ancaq öldüyünü yuxuda hiss eləmirdim, yəni eləbil ki, olməyib. Mənə yaxınlaşdı ve qucaqladı, dedi ki, məni niyə qoyub dincəlməyə gedibsən? Mən ağladım ve o da ağladı. Mən soruşmaq istiyirəm ki, o həqiqətən mənim qızım ola bilər?
Cavab: 

Aleykum salam. Bunu deyə bilmərik. Amma yuxuya görə məyus olmaq olmaz. Bu mövzuları oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Ölmüş körpə üçün ağlamaq

Həmçinin bildirək ki, sakitləşmək üçün istirahət etmək gözəldir. Amma qəlbin sakitləşməsi yalnız Uca Allahı zikr etməklə mümkündür. Rəbbimiz buyurur: "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" (ər-Ra'd, 28).
Ona görə də, namaz qılın, Allahı çox zikr edin (xatırlayın) və ona dua edin. Allah sizə səbr versin və kömək olsun!
 

Teqlər: 
Paylaş: