Ailə həyatını kəbinsiz, lakin toyla qurmuşamsa, bu, zina sayılr?
Sual:
Bir sualim var. Bagishlayin sualima gore. Menim toyum oldu amma kebin kesdirmedik ozumde namaz qiliram. Her cinsi elaqeden sora o haram sayilir zina sayilir? Gedib kebin kesdireceyik in sh Allah, bilmek isterdim kebinden sora gunahlarim pozulur? Cox narahatam gunahdan cox qorxuram.
Cavab:
Salam aleykum. Əgər valideynlər tərəfdən halallıq, nişan, toy olubsa, bu zina sayılmır və yenidən kəbin kəsdirmək lazım deyildir. Şəriətə görə nikahın şərtləri qadının vəlisinin razılığı, şahidlərin iştirakı və qadına mehr verilməsidir. Adətimiz üzrə toy olduqda valideynlərin razılığı alınır, toyda iştirak edənlər şahid, qadına alınan qızıl-zinət əşyaları da onun mehri sayıla bilər.