Naməhrəm qadından övladı olan nə etməlidir?

    04.05.2016
Sual: 
Salam Aleykum. Menim namehrem bir qadindan ovladim var bu mesele meni cox narahat edir men ne etmeliyem?
Cavab: 

Və aleykum Salam. Zinadan doğulan uşaq anasına nisbət olunur. Bunun səbəbi odur ki, İslama görə o uşağın anası ilə zina edən kişi uşağın halal atası sayılmır. Zinadan dünyaya gələn uşaq nə ittiham olunur, nə də anasının və anası ilə bu haram əməli edənin günahına görə məsuliyyət daşımır. Onlar bu günaha görə cavab verəcəklər və Uca Allahın bu ayəsinə görə uşaq baş verənlərə görə cavabdehlik daşımır: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir". (əl-Bəqərə, 286). Zinadan doğulan uşağın atası isə imkan daxilində həmin uşağa kömək etməsi daha yaxşıdır.

Paylaş: