Heyvanları öldürüb ətlərini yemək mərhəmətsizlik deyilmi?
Və aleykum Salam. Bilmək lazımdır ki, yer üzərində olan ev heyvanlarını Uca Allah insanların istifadəsi üçün yaratmışdır. Həmçinin, heyvan ətində insan bədəninin sağlam olması üçün vacib olan elementlər var. Uca Allah buyurur: "Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq? Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər. Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?" (Yasin, 71-73).
Bir nəfər Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Ya Rəsulullah, mən qoç kəsdikdə, ona yazığım gəlir" (yaxud: "qoçu kəsməyə əlim gəlmir)". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) iki dəfə təkrar buyurdu: "Sən qoça rəhm etsən, Allah da sənə rəhm edər". (İmam Əhməd, 3/436). Digər rəvayətdə belə deyilir: "Bir nəfər (kəsəcəyi) qoçu yerə uzadıb onun gözü önündə bıçağını itiləyərkən, Rəsulullah (ona Allahın salavatı və salamı olsun) ona dedi: "Sən bu qoçu iki kərə öldürmək istəyirsən?! Bıçağını qabaqcadan itiləyə bilməzdin?!" (ət-Tabərani, 3/140, 1) .
Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bir qurbanlıq heyvanına rəhm etsə, Qiyamət günü Allah ona rəhm edər". (əl-Buxari "Ədəbul-Mufrad", 381).
Sizin dediyiniz fikirlər isə düz deyil. Belə ki, ev heyvanlarının ətini yeməyi Öz elçisi vasitəsilə Uca Allah icazə verib.