İstifadə edilən yumurtanın qabığını mütləq əzib tullamaq lazımdırmı?

    19.04.2016
Kimdən: 
Nezrin
Sual: 
Salam aleykum. Bele bir şey eşitmişem ki, yumurta sındırarken, mutleq qabığı ezilib tullanmalıdır. Şeytan ölüm anında, hemin insanın sındırdığı yumurta qabığında su getırecek ve deyecek ki, sen mene imanını ver, men de sene suyu verim. İnsanın ureyı ölüm anında yanan şeydir deyırler, yenı su isteyen şeydi. Bir de, deyırler ki, ancaq yumurta qabığında getırdıyı su deyıl, şeytanın tüpürceyidir. Bu dogrudurmu?
Cavab: 

Və aleykum Salam. Bu sadaladıqlarınızın hamısı xurafatdır və dində heç bir əsası yoxdur. Ölüm ayağında olan insan mömindirsə, onu xeyir gözləyir. Pis insandırsa, onu şər gözləyir. Həmçinin, oxuyun: Möminin və kafirin ölümü

Teqlər: 
Paylaş: