Hansı günlərdə, vaxtlarda və yerlərdə cinsi əlaqəyə girmək olmaz?
Sual:
Salam Aleykum. Hansı günlerde ve günün hansı vaxdında cinsi elaqe haramdır? Meselen: seher, günorta, axşam? Birde hansı yerlerde haramdır ve ya beyenilmir? Etraflı yazardız inwa-Allah. Allah razı olsun, Allah sayta bereket versin, eliminizi ve hikmetinizi artırsın, ve bu devetinizle sizi qüvvetlendirsin. Amin!
Cavab:
Və aleykum Salam. Ramazan orucu zamanı və Həcc vaxtı cinsi əlaqəyə girmək haramdır. Digər vaxtlarda nafilə oruc tutarkən cinsi əlaqəyə girmək günah olmasa da, oruc batil edir. Uca Allah buyurur: "Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın...". (əl-Bəqərə, 187).
Əbu Hureyra (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında oturmuşduq. Bu zaman bir kişi gəlib dedi: "Ey Allahın elçisi, mən həlak oldum!" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Nə olub?" Kişi dedi: "Mən oruclu olarkən yoldaşımla cinsi yaxınlıq etmişəm". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Sənin azad etməyə qulun varmı?" Kişi dedi: "Xeyr". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Sən iki ay ardıcıl olaraq oruc tuta bilərsənmi?" Kişi dedi: "Xeyr". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Altmış nəfər miskini yedizdirməyə imkanın varmı?" Kişi dedi: Xeyr". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir an susdu. Bu əsnada Peyğəmbərə (Allahın ona vəailəsinə salavatı və salamı olsun) bir zənbil xurma gətirdilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Sual soruşan kişi haradadır?" Kişi dedi: "Mən buradayam". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Bu xurmanı götür kəffarəni ver". Kişi dedi: "Ey Allahın elçisi, özümdən də kasıbına vercəyəm?! Allaha and olsun ki, bu mahalda mənim ailəmdən daha ehtiyaclı olanı yoxdur". Bunu eşidən Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) güldü, hətta arxa dişləri göründü. Sonra dedi: "Yaxşı, onda (xurmanı) ailənə yedizdirərsən". (əl-Buxari, 1936).
Həmçinin, həcc edən həcc əsnasında həyat yoldaşı ilə cinsi əlaqəyə girə bilməz. Uca Allah buyurur: "Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!" (əl-Bəqərə, 197).