Qiyamət günü heyvanlar şahid kimi danışacaqlar?
Sual:
Salam aleykum.Bizde pishik var men o pishiyi xowduyurdum. Oynayanda eleyende ellerimi cizirdi, mende hirslenirdim. Men onu qazin altinda yanan oda yaxinlawdirmisham, onu vurmuwam, ustune cox berk qiwqirmiwam, bawmaq atmiwam(cox yox, ancaq hirslendirende), onu lap berkde yox kravata basib bogmaga caliwmiwam. Onda hardasa 11-12-13 yashim olardi. Sonra Allahdan bagiwlanma diledim hardasa 13-14 yawinda. Ve caliwdim ki o piwiye el deymeyim. Herden hirslendirirdi amma evvelki kimi etmirdim. Qorxudurdum sadece. Bir videoya baxdim heyvanlar haqda agladim, yadima piwiyim duwdu. Men indide Allaha tovbe edib bagiwlanma dileyirem. Birde bele wey varki heyvanlar daniwacaq axiretde. Men cezalandirilacam?
Cavab:
Və aleykum Salam. Siz o dövrdə uşaq olmusunuz və indi artıq tövbə etmisiniz. Qiyamət günü Allah nəyi istəsə danıdıracaq. Uca Allah buyurur: "Allaha yağı kəsilənlər Cəhənnəmə sürüklənib toplanılacaqları günə qədər bir yerdə saxlanacaqlar. Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?" - deyəcəklər. Dəriləri deyəcək: "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız". (Fussilət, 19-21). Uzun bir hədisdə Uca Allah bir nəfəri sorğu-sual etdikdə ona deyəcək: "Elə isə sən dur!" Sonra ona deyiləcək: "İndi sənin əleyhinə şahidimizi göndəririk". O öz-özlüyündə fikirləşəcək: "Görəsən kim mənim əleyhimə şahidlik edəcək?!" Bu zaman onun ağzına möhür vurulacaq. Buduna, ətinə və sümüklərinə: "Danışın!" - deyiləcək. Budu, əti və sümükləri də onun əməlləri haqqında danışacaq...". (Muslim, 2968).
Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?