İnsanın keçmişdə buraxdığı səhvin tez-tez yada düşməsi nəyə işarədir?

    04.05.2016
Kimdən: 
Baxış
Sual: 
Salam bir insanın kecmişdə buraxdığı səhvin tez tez yadına düşməsi nəyə işarədir
Cavab: 

Və aleykum Salam. Hər hansı bir fikrin və ya əməlin yada düşməsi nəyəsə işarə etməsi anlayışı demək deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Dilinə gətirmədikcə və yaxud bununla əməl etmədikcə ümmətimin fikrindən keçənlərə görə Uca Allah onları hesaba çəkmir". (əl-Buxari; Muslim).
Səhvə görə isə ümumiyyətlə üç səbəbə görə günah yazılmır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Müəyyən bir əməlin günah olduğunu bildikdən sonra o əmələ tövbə etmək kifayətdir. Keçmişdə baş verən günahları şeytan yada salır ki, sizi məyus etsin, ümidsizliyə qapandırsın. Belə olan hallarda bu vəsvəsələrə fikir vermək lazım deyil.

Paylaş: