Alimlər sübut tələb edirlər

    02.12.2013

Darvin nəzəriyyəsi tərəfdarları fikir azadlığını müdafiə etdiklərinə görə bu nəzəriyyəni dəstəkləyərək ruhanilərə və onların ideyalarına qarşı mübarizə etməyə başladılar. Bu nəzəriyyənin əleyhdarları isə təbii seçmə yolu ilə növlərin yaranmasının, xüsusi ilə də insanın yaranmasının sübutlarını tələb edirlər. Professor İbrahim Xəurani belə yazır: “Alimlər Darvinin nəzəriyyəsi ilə razılaşmır, əksinə Darvinin iyirmi il təhqiqat aparmasına baxmayaraq onu inkar edib tənqid edirlər.” Bundan sonra o, Darvinin nəzəriyyəsi ilə razılaşmayan bəzi alimlərin sözlərini gətirir. Neşl və Dallas yazır: “İnsanın təbii seçmə yolu ilə təkamül etməsi təsdiq olunmur. İnsan yalnız tək yaradılış nəticəsində yarana bilərdi.” Farxo yazır: “Faktlar onu göstərir ki, insanla meymun arasında böyük fərq vardır. Biz qəti olaraq təsdiq edə bilmərik ki, insan meymundan və ya başqa heyvanlardan yaranmışdır və biz bunu deməməliyik.” Mivart bir çox heyvanların xüsusiyyətlərini təhqiq edərkən bu nəticəyə gəlir: “Darvinin nəzəriyyəsi qəbuledilməzdir və uşaq hərəkətindən başqa bir şey deyildir.” Von Biskaun Farxo ilə birlikdə insanın və meymunun anatomik quruluşunu təhqiq edərkən demişdir: “Onların arasında əsaslı və olduqca böyük fərq vardır.” Aqassi öz seminarında viktorian dövrünün elmi barəsində oxuduğu mühazirədə Darvin nəzəriyyəsinin yanlış, onun üsullarını isə elmdən uzaq və tamamilə faydasız olduğunu söyləmişdir. Çarlz Darvinin dostu məşhur alim-skeptik Qeksli demişdir: “Bildiyimizə əsasən hər hansı bir bitki və ya heyvan növü təbii seçmə və ya süni seçmə yolu ilə yaranmamışdır.” Qekkeldən az şöhrət qazanmayan Tindal demişdir: “Şübhəsiz ki, təkamül nəzəriyyəsinə inananlar onun isbat olunmayan prinsiplərə əsaslandığını nəzərdən qaçırırlar və mənə aydın olan odur ki, Darvinin nəzəriyyəsi dəyişdirilməlidir.” Darvinin təkamül prosesinə olan baxışları nəzəriyyə adlandırılmışdır. Alimlər nəzəriyyə ilə fakt arasında böyük fərq görürlər. Nəzəriyyə ya təsdiq, ya da təkzib edilir. Doğru məlumatları isə fakt və ya qanun adlandırırlar.

Paylaş: