Ağlıma Allah haqqında pis fikirlər gələndə nə edim?
Sual:
salam menim qelbimde qeribe hiss var.ozumden asili olmadan ALLAH sozunu deyildiyini hiss edirem.meni pis yollardan cekindirir bu nedir?bezileri deyir iman hissidir.axi men azyasliyam 11de oxuyuram meger genc adamda iman hissi olur? gunah edendede butun gunu esebi oluram,ele bilki omrum qisalir.olendede qebr ezabi cekecem cox qorxuram.komek edin.ALLAH hakkinda pis-pis fikirler gelir aglima dua edende encox guya ki deliyem oz-ozume danisiram men suali nece tapacam?cavablasaniz eyer qeribe hiss yazcam sagolun
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Hər bir körpə fitrəti üzərində (tövhidə meyilli olaraq) doğulur. Sonra ata-anası onu ya yəhudi, ya xristian, ya da məcusi edir". (əl-Buxari, 1359). Bütün uşaqlar günahsızdır. Siz artıq az yaşlı deyil, yeniyetmə sayılırsınız, pisi yaxşıdan ayıra bilirsiniz. İman isə savab əməllərlə artır, günah əməllərlə azalır. Ona görə bir günah edəndə bunun təsirini öz həyatınızda görürsünüz. Allah haqqında gözəl zəndə olmaq lazımdır. Günahlardan çəkinin, savab əməllər edin, Allaha olan dualarınızı çoxaldın. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Uca Allah belə buyurdu: "Mən qulumun barəmdəki zənni yanındayam. Mənə dua etdikdə, Mən onun yanında oluram". (əl-Buxari "Ədbul-Mufrad", 616). Pis fikirlərə isə əhəmiyyət verməyin, bu şeytan vəsvəsəsidir. Həmçinin oxuyun:
İnsanın beyninə gələn fikirlər günahdırmı?
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
İnsanın beyninə gələn fikirlər günahdırmı?
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua