Müsəlman başqa dində olanın dəfn mərasimində iştirak edə bilərmi?

    04.05.2016
Kimdən: 
Nala
Sual: 
Salam aleykum ! Muselman kisi ve gadinin basga dinde olan adamin defn meradiminde istirak etmesi icazelidirmi ?
Cavab: 
Və aleykum Salam. Müsəlman kişi və qadının qeyri-müsəlmanın dəfnində iştirak etməsi icazəli deyildir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) əmisi Əbu Talibin ona çoxlu yaxşılıqlar etməsinə baxmayaraq dəfnində iştirak etmədi, çünki Əbu Talib İslamı qəbul etmədən dünyadan köçmüşdür. Əli (Allah ondan razı olsun) deyir: "Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) belə dedim: “Sənin yolunu azan yaşlı əmin öldü”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Get onu basdır, sonra mənim yanıma gələnə qədər heç nə etmə”. Mən onu basdırıb gəldim. O mənə qüsl almağı əmr etdi. Mən də qüsl aldım. Sonra mənim üçün dua etdi". (Əbu Davud, 3214, 3216; ən-Nəsai, 2006).
Paylaş: