"Təqiyyə" və "Tövriya" nə deməkdir?

    13.05.2016
Sual: 
salam aleykum. Teqiye- tövriyyə ne demekdir
Cavab: 

Və aleykum Salam.
Təqiyyə - yalandan qarşınızdakı adamla razılaşmaq deməkdir və bu yalan olduğu üçün qadağandır. Xüsusən də, münafiqlərin əməlidir, çünki münafiqlər daxildə kafir, zahirdə isə özlərini müsəlman kimi göstərirlər. Təqiyyə yalan sayıldığına görə haramdır.
Tövriya - bir kəlmənin iki mənalı olub sənin birini qəsd edərək digəri ilə onu gizlətməyindir. Tövriyə isə yalan olmayıb istisna hallarında işlədilməsi icazəlidir.
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Məkkədən Mədinəyə hicrət edərkən yolda Bədir quyularına gəldikdə kimlərdən olduğunu soruşan adama vəziyyəti gizlətmək üçün "Sudan" cavabını vermişdir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bununla sudan yaradıldıqlarını qəsd etmiş, soruşan adam isə Su qəbiləsindən olduqlarını anlamışdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tövriya bir kəlmə istifadə etmiş, kim olduğunu bildirməmişdir. Burada hər iki məna da deyilən sözün həqiqi mənasıdır.
Həmçinin, Əbu Bəkr (radıyəllahu anhu) Peyğəmbərimizlə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hicrət edərkən tərkində Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) olduğu halda bir nəfərin soruşmasına ki: "Bu kimdir, ey Əbu Bəkr?" - "Mənə yol göstərən bir adamdır" deyə cavab vermişdir. Müşriklərin Peyğəmbərə (salləllahu aleyhi və səlləm) zərər olmasından qorxan, həm də yalan danışmaq istəməyən Əbu Bəkr (Allah ondan razı olsun) İslamda yol göstərən olduğunu, sual verən adam isə bələdçi olmasını anlamışdır. (İbn Hiccə əl-Həməvi "Xizanə, "2/40-41).

Teqlər: 
Paylaş: