Hamilə qalmaq istəyən xanımlara aid hədisləri yaza bilərsiniz?

    26.05.2016
Sual: 
Salam aleykum. Peygəmbərimiz sallallahu aleyhi və səlləm hamilə qalmaq istəyən və hamilə olan qadınlara hansı tövsiyyələr vermişdir?
Cavab: 

Və aleykum Salam. Bir çox hədislərdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizi çoxlu övlad sahibi olmağa təşviq etdiyi bildirilmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin. Qiyamət günü mən sizin sayınızın çoxluğu ilə peyğəmbərlərdən üstün olacağam, fəxr edəcəyəm". (İmam Əhməd, Tabərani, İbn Hibban, Abdurrazzəq və digərləri).
Həmçinin, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə dua edərdi: "Allahım! Bizi çoxalt (artır), sayımızı azaltma. Lütfünlə izzətimizi yüksəlt, bizi zillətə salma...". (İmam Əhməd, 1/34).
Ümumiyyətlə, say çoxluğu güc-qüvvətin səbəblərindən biridir. Uca Allah Quranda İsrail oğullarına xatırladır: "Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq" (əl-İsra, 6).

Teqlər: 
Paylaş: