Hicaba keçmək istəyirəm, amma imkanımız çatmır...

    08.05.2016
Kimdən: 
xalide
Sual: 
Salam men hicama kecmey isdiyirem ama yoldasimin imkani yoxdu kece bilmirem bu mene yada yoldasima gunah sayilir mi cox temiz ureyle kecmey isdiyirem hicaba alinmir
Cavab: 

Və aleykum Salam. Allaha dua edirik ki, sizin üçün asanlaşdırsın, sizi din üzərində sabit etsin, günahlardan qorusun və Cənnətə daxil etsin. Özünüzdə olan örtülü paltarlardan geyinin və başınızı örtün. Allaha dua edin ki, İslama uyğun paltarlar almaq üçün sizə ruzi yetirsin. Həmçinin, hicablı rəfiqələrinizdən paltar götürüb geyinə bilərsiniz. Bir dəfə bir qadın Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) deyir: "Ey Allahın elçisi, əgər birimizin geyinməyə cilbabı (üst paltarı) olmazsa bayram namazına gəlməyə bilərmi? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Qoy rəfiqəsi ona cilbab (üst paltarı) versin, onlar da bu xeyirli işə və möminlərin dualarına qoşulsunlar". (əl-Buxari, 980).

Teqlər: 
Paylaş: