Zikr proqramları ilə zikr etmək olar?

    06.05.2016
Sual: 
Esselemu aleykum. 1.Zikr proqramalari var telfonlar üçün,zikri saymaq meqsediyle onlardan istifade etmek olarmı?Bu bidet sayılırmı? 2.Namazdan sonraki zikrler, ve ya seher ve axsham zikirlerinde "Musalman qalasi"nda bezilerini sayı gösterilmeyib,onlari neçe defe demek lazimdir? Ve sayi gösterilenlerde ise fikrim yayinir,sayini unuduram,ne etmeliyem tezeden bawlamaliyam yeni evvelkileri nezere almamaliyam? 3.Birde zikri tez-tez demek gunahdirmi?Meselen,1 deqiqede 50 defe "Allahu ekber" demek,yoxsa meselen 70 defe demek daha faydalidir? Mumkunduse tez cavablandirin.suallar cox oldu biraz haqqinizi halal edin. evveleceden teshekkur edirem.
Cavab: 

Və aleykum Salam.
1. Zikr proqramları vasitəsilə zikr etmək bidətdir. Belə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zikri sağ əlinin barmaq buğumları ilə edərdi. Daha ətraflı: 
Zikr sağ əlin hansı barmaqları ilə edilir?
Bidət nədir? 
2. Namazdan sonra edilən zikrlərdə sayı göstərilməyənlər bir dəfə edilir. Zikr edərkən fikir yayındıqda, yadınızda qaldığınız yerdən davam etmək lazımdır. 
3. Zikri tez-tez demək bu zikri anlamsız edir və sanki, çox eləmək üçün borca oxşayır. Halbuki, zikrin faydalı olanı çox olanı yox, mənasını başa düşərək edilənidir.

Paylaş: