Mənə pislik edənə Allahdan cəza istəmək olarmı?

    13.05.2016
Kimdən: 
Nermin
Sual: 
Mene pislik eden birine Allah ceza vermesini dilemek,bunun ucun dua etmek duzgundurmu? Buna gore mene gunah yazilirmi?
Cavab: 

Salam aleykum. Sizə zülm edən birinə qarşı etdiyiniz bəd dua qəbul olunan dualardan sayılır. Belə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Üç duanın qəbul olunmasına şübhə yoxdur; atanın, müsafirin və məzlumun duası". (Əbu Davud, 1536). Sizə zülm edən insanı bağışlamanız və ya bəd dua etməniz sizin öz istəyinizə aiddir. Lakin Uca Allah bağışlayan və əfv edən olduğuna görə haqsızlığa məruz qalıb bağışlayan qulunun izzətini artırır. Uca Allah buyurur: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (əl-Əraf, 199).

Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) de­miş­dir: "Sədəqə vermək malı əskiltməz. Bağışlayan oldu­ğuna görə Allah qulunun izzə­ti­ni artırar. Bir kimsə Allah üçün təvazökar olarsa, Allah onu ucaldar". (Muslim, 2588). Digər hədisdə buyurur: "Bir kəsin ləyaqətinə toxunmaq və ya ona başqa bir pislik etməklə zülm etmiş adam, dinar və dirhəmin (fayda verməyəcəyi Qiyamət günü) gəlməmişdən əvvəl bu gün həmin adamdan halallıq diləsin. Əgər (Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm qədər savabından götürülər (və zülm etdiyi adama verilər); yox əgər savabı ol­maz­sa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyu­lar". (əl-Buxari, 2449). Həmçinin oxuyun: Qul haqqı barədə
Teqlər: 
Paylaş: