Müstəmləkəçilərin nəzəriyyəsi

    02.12.2013

Darvin nəzəriyyəsinin yayılmasına səbəb insanların təhrif olunmuş xristian dininin yanlış olmasını sübut etmək imkanı əldə etdikləri bir dövrdə meydana gəlməsidir. Elmin inkişafı bu dinin yanlış olmasını aşkara çıxartmaqda böyük rol oynamışdır. Bu inkişaf amansız mübarizələrə gətirib çıxartdı və minlərlə təbiətşünas alim bu mübarizənin qurbanı olmuşdur. Bu şiddətli döyüşdə hər iki tərəf hər yola əl atmış və Darvin nəzəriyyəsi təbiətşünas alimlərin əlində öz dinlərinə, sonra isə müstəmləkəçilərin ayaq basdığı ölkələrdə yayılan başqa dinlərə qarşı silaha çevrilmişdir. Əvvəlcə onlar təbiət elmlərinin inkişafına mane olan yalançı dindən intiqam almaq üçün bu nəzəriyyənin doğru olduğunu qəbul etdilər, sonra isə istila edilən xalqların dini etiqadlarını məhv etmək və onların üzərindəki hökmranlıq etmək üçün ondan istifadə etdilər. İstila edilən xalqların dini görüşlərini məhv edərək müstəmləkəçilər təbii seçmə nəzəriyyəsini tədris proqramlarına daxil etdilər. Onlar şagird və tələbələrə bu nəzəriyyənin doğruluna inandırmaq, öz dinlərindən döndərmək və şüurlarında təhrif etdikləri elm ilə din arasında fərq təsəvvürü yaratmaq üçün onu elmi şəkildə təqdim etdilər. Nəticədə Darvin nəzəriyyəsi bir çox müsəlmanların dindən imtina etmələrinə səbəb oldu. ABŞ-da 1935-ci ildə bu nəzəriyyənin orta məktəb şagirdlərinə elmi fakt kimi tədris olunmasını qadağan edən qanunun qəbul edildiyinə baxmayaraq müstəmləkəçilər müsəlman ölkələrinin elm ocaqlarında onu ciddi cəhdlə tədris edirdilər. Avropalılar isə kilsə hökmranlığına son qoyaraq xristianlığa qarşı mübarizədə istifadə etdikləri Darvin nəzəriyyəsinin elmi fakt olmadığını bəyan etdilər. Bu sadəcə bir nəzəriyyə olaraq qalır. Elm inkişaf etdikcə onun yanlış olması daha çox isbat olunur.

Paylaş: