Qiyamət günü sorğu-sual hansı dildə ediləcək?
Sual:
Salam aleykum.İnsan öldüyünde o dünyada insanı sorğu-sual etdikde hansı dilde edecekler.Yalnız ereb dilinde yoxsa her milletin öz dilinde.Oxuduğunuz üçün teşekkür.
Cavab:
Və aleykum Salam. Dil anlamı bu dünya ilə bağlıdır. Qəbirdə və Qiyamət günü sorğu-sual hər bir insanın başa düşdüyü dildə olunacaq. Bu sorğu-sualın yalnız ərəb dilində edilməsinə aid heç bir dəlil yoxdur. Bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "...Sonra siz Allahın hüzurunda duracaqsınız və sızinlə Onun arasında heç bir pərdə olmayacaq. (Dediklərinizi) tərcümə edəcək bir tərcüməçiniz belə olmayacaq. Sonra Allah Öz qulundan soruşacaq: "Mən sənə mal-dövlət verməmişdimmi?" O: "Vermişdin" - deyəcək. Sonra soruşacaq: "Mən sənə peyğəmbər göndərməmişdimmi?" O: “Göndərmişdin" - deyəcək. Bundan sonra o, əvvəlcə sağına, sonra da soluna baxacaq, lakin oddan başqa bir şey görməyəcək. Elə isə heç olmasa, yarım xurma (sədəqə) ilə özünüzü Oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz danışmaqla (özünüzü Oddan qoruyun)". (əl-Buxari, 1413).